Sumqayıt şəhərində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Əhmədova Gülüstan Şahlar qızı toy mərasimində iştirak edərkən halı qəfil pisləşib.
Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir./Teleqraf
Bakı 




