Bugünlərdə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisində Sakarya millət vəkili Çiğdem Ərdoğan ERAmedia-nın əməkdaşı Rəsul Mirhəşimliyə müsahibə verib.
Millət vəkili müsahibəsində Bakıda keçirilən beynəlxalq konfrasın əhəmiyyətindən, gələcəkdə bu tədbirlərin Türk cümhuriyyətlərini əhatə edəcəyindən danışıb.
Çiğdem Ərdoğan müsahibəsində həmçinin anasının valideynlərinin ötən əsrin repressiya illərində Azərbaycandan Türkiyəyə köçməyə məcbur qaldığını deyib.
Müsahibənin tam variantını aşağıdakı videodan izləyə bilərsiniz:
Bakı 




