q
  • Bakı 13° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Vardanyan Xankəndiyə bu plana görə göndərilibmiş

SİYASƏT

17 Aprel 2026 | 10:55

Vardanyan Xankəndiyə bu plana görə göndərilibmiş

“Samvel Karapetyanın Ermənistanda peyda olması vaxtilə Ruben Vardanyanın Xankəndiyə göndərilməsi ilə eyni ssenaridir, hər ikisi təxribatçı və Moskvanın agentidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın “Xristian-Demokrat” partiyasının sədr müavini Levon Şirinyan deyib.

Siyasətçinin fikrincə, Vardanyan da vaxtilə sonradan Ermənistanda hakimiyyəti devirmək üçün Xankəndiyə göndərilimişdi.

“Bu dəfə Karapetyan hakimiyyəti devirmək üçün İrəvana gəlib, burada şantajla məşğuldur, təxribatçılıq edir, “vabank” gedir. Tapşırıqlar Rusiyadan verilib, təsadüfi deyil ki, Vardanyanı özü üçün nümunə götürüb.

Vardanyan niyə Xankəndiyə göndərilmişdi? Həmin “xeyriyyəçi”, “humanist”, “vətənpərvər” heç Qarabağın harada olduğunu belə bilmirdi, amma “qəfil” Xankəndiyə gedərək, “artsaxı xilas etməyə” başladı. Bunu öz istəyi ilə etmirdi, onu Moskva göndərmişdi. Orada özünü göstərdikdən sonra Ermənistana gəlib baş nazir olmalı – Nikol Paşinyanın yerinə keçməli idi. Amma Tanrı başqa cür qərar verdi. İndi Vardanyan “Bakı bulvarı”ndadırsa (həbsxanadadırsa), Samvel üçün də İrəvanda eynisi ola bilər. Çünki ruslar bunları açıq şəkildə dağıdıcı fəaliyyətlər üçün göndərirlər.

Ruslar həmişə Kremlin ətrafında dolanan erməni oliqarxları sonda cəzalandırırlar. Aqasi Kancyan, Ruben Vardanyan, Bako Saakyanla belə olmuşdu, yenə də olacaq”, - Şirinyan vurğulayıb./Teleqraf


SON XƏBƏRLƏR

16 Aprel 2026