q
  • Bakı 13° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Baş nazirdən hərbi xidmətlə bağlı VACİB QƏRAR

SİYASƏT

17 Aprel 2026 | 10:38

Baş nazirdən hərbi xidmətlə bağlı VACİB QƏRAR

Hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyinə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri, DTX, Səfərbərlik Xidməti və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, mövcud normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılması tapşırılıb. Bu istiqamətdə təkliflər 5 ay müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.

İcra prosesinin operativliyini təmin etmək üçün aşağıdakı qrafik müəyyən olunub:

4 ay ərzində mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində lazımi tədbirlər görməli və normativ aktlarını yeniləyərək Ədliyyə Nazirliyinə məlumat verməlidirlər.

6 ay ərzində Ədliyyə Nazirliyi bütün hüquqi aktların yeni qanunla uzlaşdırılmasını tam yekunlaşdırıb hökumətə hesabat təqdim etməlidir.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib. Sənəd imzalandığı gündən qüvvəyə minib.


SON XƏBƏRLƏR

16 Aprel 2026