• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşüb - FOTO

CƏMİYYƏT

17 Aprel 2026 | 14:01 | Müəllif: Əli Hüseynov

Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşüb - FOTO

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xankəndidə bu şəhərdən, eləcə də Xocalı, Ağdərə və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Bakıvaxtı.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Müraciətlər əsasən suvarma suyu ilə təminat, subartezian quyularının qazılması, təmiri, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026