• Bakı C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Kafenin qarşısında dava: Qadını təhqir edən şəxs...

CƏMİYYƏT

18 Mart 2026 | 10:18

Kafenin qarşısında dava: Qadını təhqir edən şəxs...

Quba rayonunda 29 yaşlı oğlan küçədə qadını təhqir etdiyi üçün məsuliyyətə cəlb edilib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə “Shisa” pub adlanan çay evinin qarşısında baş verib.

1997-ci il təvəllüdlü Sərxan Babayev (ad-soyad şərti verilib – red.) çay evinin qarşısında olan Aydan adlı qadına qarşı nalayiq ifadələr işlətdib. Onun hərəkətlərini görən ərazidə xidmət aparan polis əməkdaları ona yaxınlaşıb, özlərini təqdim ediblər.

Barəsində qanuni tədbir görülməsi üçün Quba Rayon Polis Şöbəsinə gətirilib.

Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 150-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Babayev ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, kafeyə gedib, oranı işlədən Aydan adlı xanımla aralarında söz mübahisəsi baş verib: “Sərxoş vəziyyətdə olmuşam, nə dediyimi bilməmişəm. Əslində nalayiq ifadələr işlətməyimi xatırlamıram”.

Quba Rayon Məhkəməsinin qərarı ilə Babayev 70 manat məbləğində cərimə edilib. O, dərhal iclas zalından həbsdən azad edilib.


SON XƏBƏRLƏR

17 Mart 2026