17–22 mart tarixlərində keçirilən XXXIII Minsk Beynəlxalq Kitab Sərgisində Azərbaycan öz milli kitab stendi ilə iştirak edir.
Bakıvaxtı.az xəbər verir ki, sərgi çərçivəsində təşkil olunan təqdimat tədbirində M. Tank adına Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru Fuad İbrahimov çıxış edərək Azərbaycanın zəngin ədəbi irsi, mədəniyyəti və kitab sənayesinin inkişafı barədə məlumat verib.
Təqdimat zamanı Azərbaycan haqqında ətraflı videoçarx nümayiş olunub, həmçinin milli mədəniyyətimizi əks etdirən bir neçə rəqs nümunəsi təqdim edilib.
Qeyd edək ki, beynəlxalq sərgi müxtəlif ölkələrin nəşriyyatlarını, müəlliflərini və oxucularını bir araya gətirərək mədəni mübadiləyə və ədəbiyyatın təşviqinə mühüm töhfə verir.
Bakı 








