• Bakı C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Seneqalın çempionluğu əlindən alındı - sensasiyalı qərar

İDMAN

18 Mart 2026 | 05:24

Seneqalın çempionluğu əlindən alındı - sensasiyalı qərar

Afrika Futbol Konfederasiyası (CAF) 2025-ci il Afrika Millətlər Kubokunun finalı ilə bağlı sensasiyalı qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Seneqal millisi final matçında qaydaları pozduğuna görə çempionluqdan məhrum edilib və Mərakeşə 3:0 hesablı texniki qələbə verilib.

Məlumata görə, Rabatda keçirilən final zamanı Seneqal yığmasının baş məşqçisi Pape Tiav və bir neçə futbolçu Mərakeşin penalti qazanmasına etiraz edərək meydanı 15 dəqiqəlik tərk ediblər. Komanda kapitanı Sadio Mane onların geri qayıtmasına nail olub. Daha sonra Brahim Diasın penalti zərbəsini qapıçı dəf edib və oyun əlavə vaxta gedib. Əlavə vaxtda Pape Qey qələbə qolunu vuraraq Seneqalın çempionluğunu təmin etmişdi.

Lakin CAF-ın apellyasiya komitəsi qərara alıb ki, bu davranış turnirin qaydalarının pozulması hesab olunur və Seneqal final matçında texniki məğlub sayılır. Qərara əsasən, nəticə 3:0 Mərakeşin xeyrinə qeydə alınıb.

Qurumun bəyanatında bildirilib ki, Seneqal Futbol Federasiyası komandanın davranışı ilə qaydaların müvafiq maddələrini pozub.

Apellyasiya qərarı ilə yanaşı, bir sıra digər dəyişikliklər də edilib. Belə ki, mərakeşli futbolçu İsmael Saibariyə verilmiş cəza ləğv olunub və sanksiyalar yüngülləşdirilib. Bəzi oyunçulara tətbiq edilən cərimələr azaldılıb.

Mərakeşin VAR zonasına müdaxilə ilə bağlı şikayəti rədd edilib və federasiya 100 min dollar cərimələnib.

Seneqal bu qərardan idman arbitraj məhkəməsinə şikayət edəcək.


SON XƏBƏRLƏR

17 Mart 2026