Bu axşam UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin son oyunları keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, günün ilk qarşılaşmasında "AZ Alkmaar" ilə "Şaxtyor Donetsk" üz-üzə gələcək.
Digər matçlarda isə "Fiorentina" klubu "Kristal Pelas" ilə, "Strasburq" klubu "Maynts 05" ilə, AEK (Afina) isə "Rayo Valyekano" ilə qarşılaşacaqlar.
1/4 final mərhələsi
16 aprel
20:45, "AZ Alkmaar" - "Şaxtyor Donetsk" (ilk oyun 0:3);
23:00, "Fiorentina" - "Kristal Pelas" (ilk oyun 0:3);
23:00, "Strasburq" - "Maynz 05" (ilk oyun 0:2);
23:00, AEK (Afina) - "Rayo Valyekano" (ilk oyun 0:3).
Bakı 




