"Barselona" Çempionlar Liqasında antirekord ilə yadda qalıb.
Bakıvaxtı.az xəbər verir ki, 1/4 finalın "Atletiko" ilə cavab matçında Erik Qarsiyanın qırmızı vərəqə alması kataloniyalılar üçün antirekordla nəticələnib. Belə ki, "Barselona" son 10 mövsümdə turnirdə artıq 13-cü dəfə azlıqda qalıb.
Statistikaya görə, bu göstərici ilə klub Çempionlar Liqasında son onilliyin ən çox qırmızı vərəqə alan komandası olub.
Qeyd edək ki, Kataloniya klubu futbolçularının aldığı 13 qırmızı vərəqədən 6-sı birbaşa qovulma ilə nəticələnib.
Bakı 




