• Bakı C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

İlham Əliyevlə Fridrix Merts Yaxın Şərqi müzakirə edib

SİYASƏT

18 Mart 2026 | 08:26

İlham Əliyevlə Fridrix Merts Yaxın Şərqi müzakirə edib

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.

Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib.

Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.


SON XƏBƏRLƏR

17 Mart 2026