• Bakı C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Balans siyasəti Azərbaycanın manevr imkanlarını genişləndirir

SİYASƏT

18 Mart 2026 | 11:23

Balans siyasəti Azərbaycanın manevr imkanlarını genişləndirir

Yaxın və Orta Şərqdə davam edən hərbi toqquşmalar, böyük güclər arasında artan rəqabət və enerji marşrutları uğrunda mübarizə regionda gərginliyi daha da dərinləşdirir. Bu proseslər təkcə təhlükəsizlik mühitinə deyil, həm də qlobal enerji bazarlarına və nəqliyyat dəhlizlərinə birbaşa təsir göstərir, qeyri-müəyyənliyi artırır.

Belə mürəkkəb şəraitdə Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursu ölkənin həm təhlükəsizlik imkanlarını genişləndirir, həm də diplomatik üstünlüklərini ön plana çıxarır.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Əziz Əlibəyli bildirib ki, Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu regional münaqişələr fonunda ölkəyə həm təhlükəsizlik imkanları yaradır, həm də diplomatik manevr qabiliyyətini artırır. Bu yanaşma sayəsində Azərbaycan qlobal və regional güclərlə münasibətləri qarşıdurma müstəvisinə deyil, əməkdaşlıq müstəvisinə yönəldə bilir.

Politoloqun sözlərinə görə, bu siyasətin əsas üstünlüklərindən biri balanslı yanaşmanın tətbiqidir. Belə olduqda Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq imkanlarını qoruyub saxlayır. Xüsusilə enerji resurslarının ixracı və nəqliyyat dəhlizləri sahəsində bu balans özünü daha aydın göstərir:

"Digər mühüm məqam praqmatizmdir. Azərbaycan xarici siyasətdə ideoloji yanaşmadan daha çox praktiki nəticələrə üstünlük verir. Bu isə “qazan-qazan” prinsipinə əsaslanan münasibətlərin formalaşmasına şərait yaradır".

Əziz Əlibəyli: Azərbaycan siyasətinin əsas üstünlüklərindən biri balanslı yanaşmanın tətbiqidir

Politoloq bildirib ki, eyni zamanda neytrallıq ölkənin etibarlı dialoq platformasına çevrilməsinə imkan verir. Dediyinə görə, Bakıda keçirilən beynəlxalq forumlar, enerji və elmi əməkdaşlıq platformaları bu siyasətin real nəticələri kimi çıxış edir.

Müsahibimiz qeyd edir ki, bu yanaşma nəticəsində Azərbaycan heç bir güc tərəfindən rəqib kimi qəbul olunmur. Əksinə, Avropa İttifaqı, Rusiya, Çin və ABŞ kimi aktorlarla paralel və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq qurmaq mümkün olur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

17 Mart 2026