Suriya Demokratik Qüvvələri (SDQ) Suriya ordusuna qoşulmağa razılıq verib və inteqrasiya mərhələli şəkildə həyata keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SDQ-nin mətbuat xidmətinin saytında dərc olunmuş bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur:"Suriya hökuməti ilə SDQ arasında hər iki tərəfin silahlı qüvvələrinin və inzibati aparatının tədricən inteqrasiyasını təmin edən hərtərəfli razılaşmanın bir hissəsi olaraq atəşkəs barədə razılıq əldə edilib".
Bəyanata görə, razılaşma həmçinin qüvvələrin təmas xəttindən geri çəkilməsi, Suriya Daxili İşlər Nazirliyinə tabe olan qüvvələrin Həsəkə və Qamışlı şəhərlərinin mərkəzi rayonlarına yerləşdirilməsi və tərəflərin təhlükəsizlik qüvvələrinin bu əraziyə inteqrasiyası prosesinin başlanması kimi məsələləri də nəzərdə tutur.
Bildirilir ki, razılaşmaya əsasən, üç SDQ briqadasından ibarət diviziya yaradılacaq. Bundan əlavə, Hələb əyalətində, Fərat çayının şərq sahilində yerləşən Ayn əl-Ərəb (Kobani) bölgəsində yerləşdiriləcək ayrıca bir SDQ briqadası yaratmaq planlaşdırılır.
***
13:10
Suriya hökuməti və Suriya Demokratik Qüvvələri (SDQ) hərtərəfli atəşkəs barədə razılığa gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Qeyd edilib ki, razılaşma çərçivəsində həm də SDQ-nin Suriya ordusuna mərhələli şəkildə inteqrasiya edilməsi də razılaşdırılıb.
Məlumata görə, Suriyanın şimal hissəsində döyüş zonalarında olan SDQ hərbi qüvvələri geri çəkiləcək və Suriyanın Daxili İşlər Nazirliyinin tabeliyində olan qoşunlar SDQ-nin nəzarətində olan Hasaka və Qamışlı şəhərlərinə göndəriləcək.
“Razılaşmanın məqsədi Suriya ərazisinin unifikasiyası və tərəflər arasında əməkdaşlığın gücləndirilməsi vasitəsilə ölkənin yenidən qurulmasında səyləri birləşdirməkdir”,- SDQ bildirib.
Bakı 




