• Bakı C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

"Apple"ın satışları 16 faiz artıb

DÜNYA

30 Yanvar 2026 | 09:15

Appleın satışları 16 faiz artıb

ABŞ-nin texnologiya nəhngi "Apple" 2026-cı maliyyə ilinin ilk rübündə güclü nəticələr açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin xalis satışları illik müqayisədə 16 faiz artaraq 143,8 milyard dollara çatıb və bazar gözləntilərini üstələyib.

Rüb üzrə xalis mənfəət isə 42,1 milyard dollar olub, səhm başına mənfəət 2,84 dollara yüksəlib.

"iPhone" satışlarından əldə olunan gəlir 23 faiz artaraq 85,3 milyard dollara çatıb, "iPad" satışları da 6 faiz yüksəlib.

"Mac" satışlarında isə 7 faiz azalma qeydə alınıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

29 Yanvar 2026