• Bakı C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Dil siyasətində yeni mərhələyə qədəm qoyulur 

CƏMİYYƏT

30 Yanvar 2026 | 12:34

Dil siyasətində yeni mərhələyə qədəm qoyulur 

Azərbaycan dilinin ictimai həyatda, mediada və rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi dövlət dil siyasətinin əsas prioritetləri sırasında yer alır.

Bakıvaxtı.az xəbər verir ki, bu müddəalar Azərbaycan dili ilə bağlı fəaliyyətin əsas istiqamətlərini əhatə edən konsepsiyada əksini tapıb.

Konsepsiyaya əsasən, ictimai yerlərdə, mediada və rəqəmsal platformalarda Azərbaycan dilindən istifadənin təşviqi əsas hədəflərdən biri kimi müəyyən edilib. Eyni zamanda Azərbaycan dilində yeni elmi və publisistik əsərlərin yaradılması və onların geniş yayılması nəzərdə tutulur.

Sənəddə Azərbaycan dilinin lüğət ehtiyatının zənginləşdirilməsi, dil normalarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması da əsas istiqamətlər sırasında göstərilib. Bununla yanaşı, Azərbaycan dili dialektlərinin sistemli şəkildə tədqiqi vacib vəzifələrdən biri kimi qeyd olunur.

Konsepsiyada Azərbaycan dili ilə BMT-nin əsas dilləri və türk dilləri arasında tərcümə lüğətlərinin hazırlanması da nəzərdə tutulur. Bu yanaşmanın Azərbaycan dilinin beynəlxalq elmi və mədəni mübadilədə rolunun gücləndirilməsinə xidmət etdiyi vurğulanır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

29 Yanvar 2026