• Bakı C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Keçmiş deputat vəsiyyət etdi: Orqanlarımı...

CƏMİYYƏT

01 Mart 2026 | 11:53

Keçmiş deputat vəsiyyət etdi: Orqanlarımı...

"63 yaşım tamam oldu. Bəzi deputatlar ölümdən sonra orqanlarını bağışlamaq barədə vəsiyyət ediblər.  Mən də onlara qoşuluram".

Bakıvaxtı.az xəbər verir ki, bu vəsiyyətlə Milli Məclisin keçmiş deputatı Etibar Əliyev çıxış edib.

Lakin o, şərtinin olduğunu da qeyd edib: "Orqanlardan əvvəl universal kitabxanamı bağlı olduğum Universitetə bağışlayacam. Yəni kitablar məni bayıra atmamışdan əvvəl bunu edəcəm. Kitabxanamda avtoqrafı olan bir neçə tanınmış alimin kitabı var. Orqanlar nə zamansa sıradan çıxacaq. Avtoqraf isə nəsildən nəsilə keçərək yaşayacaq". 

Etibar Əliyev gənc nəslin savadlandırılmasına da diqqət çəkib: "Hamınıza uzun ömür, can sağlığı arzulayıram. Düşüncəmə görə, gənc nəslə yetərincə bilik verə bilmədik. Günahkarıq…

Əslində zamanı boşuna xərclədiyimiz üçün buna imkan olmadı. Zaman bizim nəslin əleyhinə işlədi. Biz də zamanın əleyinə..."

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

28 Fevral 2026