• Bakı 21° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Paşinyan təcili iclas keçirdi 

CƏMİYYƏT

01 Mart 2026 | 10:49 | Müəllif: Qalib İbrahimoğlu

Paşinyan təcili iclas keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasın əsas müzakirə mövzusu İran ətrafında yaranmış gərgin vəziyyət olub.

Müşavirəda Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan regiondakı mövcud hərbi-siyasi şərait və proseslərin mümkün inkişaf ssenariləri barədə məruzə ilə çıxış edib.

İclas iştirakçıları İranda baş verən son hadisələrdən dərin təəssüf hissi keçirdiklərini bildirib, insan tələfatı ilə bağlı başsağlığı veriblər. Şura üzvləri regionda sabitliyin qorunmasının vacibliyini qeyd edərək, sülhün ən qısa zamanda bərpa olunmasının zəruriliyini vurğulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026