Türkiyənin Alanya şəhərində britaniyalı turist Türkiyənin dövlət bayrağına tüpürməkdə ittiham olunaraq həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə HA xəbər agentliyi məlumat yayıb.
Hadisə Alanyanın Dinek rayonunda yerləşən otellərdən birində baş verib. Məlumata görə, 58 yaşlı Britaniya vətəndaşı Stiven Kerr hotel əməkdaşları ilə mübahisə edib.
İddiaya görə, mübahisədən sonra Kerr otelin foyesində asılmış Türkiyə bayrağına tüpürüb. Hotel işçiləri dərhal polisə məlumat veriblər.
Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları britaniyalı turisti saxlayıblar. Kerr tərcüməçinin iştirakı ilə dindirildikdən sonra məhkəməyə çıxarılıb.
Məhkəmə onun Türkiyənin dövlət suverenliyinin simvollarını təhqir etmək ittihamı ilə həbsinə qərar verib. Turist Alanya həbsxanasına göndərilib.
Murad İsamayıl
















