• Bakı 19° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Tramp: ABŞ İrana hücum etməyəcək

DÜNYA

09 Oktyabr 2026 | 13:39 | Müəllif: Gülşən Şərif

Tramp: ABŞ İrana hücum etməyəcək

ABŞ noyabr ayında keçiriləcək aralıq konqres seçkilərindən əvvəl İrana hücum etməyəcək.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.

O, iki ölkənin altı aydır davam edən müharibəyə son qoymaq üçün "məhsuldar" danışıqlar apardığını bildirib. 

"Biz İran İslam Respublikası ilə məhsuldar müzakirələr aparırıq. 3 noyabrda ABŞ-də keçiriləcək ara seçkilərdən əvvəl heç vaxt İrana hücum etməyəcəyik" - ABŞ lideri qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026