• Bakı C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

"Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının istiqamətləri açıqlanıb 

MƏDƏNİYYƏT

30 Yanvar 2026 | 12:22

Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının istiqamətləri açıqlanıb 

“Azərbaycan mədəniyyəti – 2040” sənədi mədəni sahədə uzunmüddətli strateji yanaşmanı və inkişaf prioritetlərini özündə birləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının təqdimatına həsr olunmuş bilgiləndirmə sessiyasında deyib.

O bildirib ki, bu görüş mədəniyyət sahəsi üçün mühüm hadisənin müzakirəsi və ictimaiyyətə təqdimatı baxımından əhəmiyyət daşıyır. Nazir müavininin sözlərinə görə, konsepsiya yalnız bir qurumun sənədi deyil, bütövlükdə mədəni ictimaiyyətin, ziyalıların və medianın fəal iştirakı ilə formalaşan ümumi yol xəritəsidir.

Fərid Cəfərov qeyd edib ki, sənəd hazırlanarkən son illər ərzində müxtəlif forumlar, ictimai müzakirələr və ekspert görüşləri keçirilib, sahə üzrə mütəxəssislərin rəyləri nəzərə alınıb. Onun sözlərinə görə, konsepsiyada mədəniyyətin altı əsas istiqaməti müəyyən edilib və bu istiqamətlər üzrə həm mövcud vəziyyət, həm də gələcək hədəflər əksini tapıb.

Nazir müavini vurğulayıb ki, konsepsiyanın icrasında rəqəmsallaşma, kommunikasiya imkanlarının genişləndirilməsi və müasir idarəetmə alətlərindən istifadə xüsusi yer tutur. Eyni zamanda mədəniyyət iqtisadiyyatı, mədəni diplomatiya və milli dəyərlərin beynəlxalq səviyyədə tanıdılması da prioritet istiqamətlər sırasındadır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

29 Yanvar 2026