ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə əlaqə saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika lideri Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp Tehranı nüvə silahı hazırlamamağa və etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırıb.
Onun sözlərinə görə, təmasları zamanı onlara iki şərt qoyub: birincisi, nüvə silahından imtina; ikincisi, etirazçıları öldürməyi dayandırmaq.
"Bir çox böyük və güclü ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrana doğru gedir. Onlardan istifadə etməsəydik, əla olardı", - deyə Amerika lideri əlavə edib.
Bakı 




