• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Pezeşkian Rusiyaya səfər edib? 

DÜNYA

30 Yanvar 2026 | 11:24

Pezeşkian Rusiyaya səfər edib?

İran hökumətinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.

Bakıvaxtı.az Rusiya "Telegram" kanallarına istinadən xəbər verir ki,  ehtimallara görə, bu, İran prezidenti Məsud Pezeşkiana məxsus təyyarədir. 

“ABŞ-nin İrana zərbə endirəcəyi ilə bağlı şayiələr fonunda Tehranın hökumət təyyarəsi Moskvanın Vnukovo Hava Limanına eniş edib”, - kanallar yazıb. 

 Qeyd edilir ki, Nikolas Maduronu ələ keçirmək əməliyyatında iştirak edən ABŞ təyyarələri Yaxın Şərqə doğru yola düşüb.

Amerika mediasının əvvəllər verdiyi məlumata görə, Vaşinqton etirazlara səbəb olan İran təhlükəsizlik qüvvələrinə və yüksək vəzifəli hökumət rəsmilərinə qarşı hədəfli zərbələr endirməyi düşünür./Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026