Tehrana və İranın digər şəhərlərinə endirilən zərbələr nəticəsində Özbəkistan vətəndaşı xəsarət almayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"İranda xəsarət alanlar arasında Özbəkistan vətəndaşı yoxdur. Özbəkistan Respublikasının İrandakı səfirliyi hazırda İranda 81 Özbəkistan vətəndaşının olduğunu bildirir", - açıqlamada deyilir.
Səfirliyin məlumatına görə, onlardan səkkizi diplomatik nümayəndəlik işçisi, doqquzu Qumda təhsil alan tələbə, 55 nəfəri İranda daimi yaşayan vətəndaş və doqquzu şəxsi səfərlərdə olan şəxslərdir.
Mətbuat xidməti qeyd edib ki, səfirlik həmvətənlərlə daimi əlaqə saxlayır.
Bakı 




