Çinin cənub-qərbindəki Çonçin bələdiyyəsində tikilməkdə olan magistral tuneldə baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, yerli hakimiyyət orqanları hadisənin martın 30-da saat 15:10 radələrində Hubey və Siçuan əyalətlərini birləşdirən magistral yolda tikinti sahəsində baş verdiyini açıqlayıb. Əvvəlcə bir nəfərin itkin düşdüyü, 12 nəfərin isə yaralandığı bildirilib. Martın 31-də səhər saatlarında xilasedicilər itkin düşmüş şəxsin meyitini tapıblar. Yaralılardan üçü isə tibbi yardım alsa da, dünyasını dəyişib.
Polis partlayışın tezalışan qazdan qaynaqlandığı ehtimal edir.
Bakı 




