• Bakı 15° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Küveytin neft tankeri İran hücumuna məruz qalıb

DÜNYA

31 Mart 2026 | 09:27

Küveytin neft tankeri İran hücumuna məruz qalıb

İran Birləşmiş Ərəb Əmirliklərinin Dubay limanında Küveyt bayrağı altında üzən neft tankerinə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Küveytin KUNA xəbər agentliyi məlumat verib. 

Agentlik milli neft şirkəti “Kuwait Petroleum Corporation”a istinadən yazıb ki, Əs-Salmi gəmisi hadisə zamanı tam yüklü olub. Hücum nəticəsində gəminin gövdəsinə maddi ziyan dəyib və göyərtədə yanğın baş verib, ətraf sularda neft sızması riski yaranıb. Xəsarət alan olmayıb.

Əmirlik hakimiyyəti hadisənin baş verməsini təsdiqləyib. 

Bundan əlavə, Küveyt ordusu “X” platformasında ölkədə dron və raket hücumlarına cavab verdiyini bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR

30 Mart 2026