• Bakı 15° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

244 milyon il yaşı olan balıq fosili tapıldı

DÜNYA

31 Mart 2026 | 09:44

244 milyon il yaşı olan balıq fosili tapıldı

Çinin cənub-qərbində yerləşən Yünnan əyalətində alimlər Yer üzündə təxminən 244 milyon il əvvəl yaşamış qədim şüaüzgəcli balıqlara aid yeni fosil aşkar ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Global Times" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, paleontoloqlar yeni növü "P. Huoae" adlandırıblar. Bildirilir ki, bu balıqlar artıq nəsli kəsilmiş "Ptycholepis" cinsinə aiddir və bu cinsə bağlı fosillər Çində ilk dəfə aşkar olunur. Alimlərin fikrincə, tapıntı Asiya regionu üzrə bu sahədə mövcud olan məlumat çatışmazlığını aradan qaldırmağa kömək edəcək.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu nümunə həmin cinsə aid indiyədək elmə məlum olan ən qədim fosil hesab olunur. Fosilin uzunluğu 27,5 sm-dir. Qeyd edilir ki, yaşı təxminən 242 milyon il olan oxşar qalıqlar əvvəllər İtaliya ilə İsveçrə sərhədində, eləcə də Almaniya, Böyük Britaniya və Fransada aşkar edilmişdi.


SON XƏBƏRLƏR

30 Mart 2026