• Bakı C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Prezident Berlian Helminin etimadnaməsini qəbul etdi - YENİLƏNİB

SİYASƏT

30 Yanvar 2026 | 12:50

Prezident Berlian Helminin etimadnaməsini qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı İndoneziya Prezidenti ilə Davosda və Şarm Əl-Şeyxdə təmaslarını xatırlayıb, onu ölkəmizə rəsmi səfərə dəvət etdiyini bildirib.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) bu qurumun təsis edilməsindən sonra üzv qəbul edilən ilk ölkə olmasının bizim üçün böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev bu məsələdə təşkilata üzv bütün dövlətlərə, o cümlədən İndoneziyaya minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı bunu Azərbaycana olan hörmətin və qardaşlığın təcəssümü kimi qiymətləndirib.

Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, biznes təmasları sahələrində əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd edib.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Berlian Helmi fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün səylə çalışacağını deyib.

Söhbət zamanı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

12:10

Prezident İlham Əliyev yanvarın 30-da İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Berlian Helminin etimadnaməsini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


SON XƏBƏRLƏR

29 Yanvar 2026