• Bakı C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

XİN: Yaxın Şərdqəki səfirliklərimiz, konsulluqlarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir

SİYASƏT

01 Mart 2026 | 12:03

XİN: Yaxın Şərdqəki səfirliklərimiz, konsulluqlarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

"Vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir.

İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət almışdır. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır.

Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhədindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhədindən keçid edib", - o bildirib.

"Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların təxliyəsi nəzərdə tutulmur.

Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur", - A.Hacızadə əlavə edib.


SON XƏBƏRLƏR

28 Fevral 2026