İrandan 3 nəfər Banqladeş, 3 nəfər Qətər və 1 nəfər Pakistan vətəndaşı həmin ölkədəki vəziyyətlə əlaqədar "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Qeyd edək ki, daha əvvəl Tacikistan, İtaliya vətəndaşları, Səudiyyə Ərəbistanının diplomatları Azərbaycana təxliyə edilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
***
12:26
İrandan 5 nəfər Tacikistan vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Onlar İran İslam Respublikasına müalicəyə getsələr də, mövcud vəziyyətlə əlaqədar olaraq geri qayıtmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, daha əvvəl 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı ölkəmizə təxliyə olunub.
Bakı 








