• Bakı 11° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

31 mart soyqırımı: Təbliğatımızı ən optimal üsullarla həyata keçirməliyik

SİYASƏT

31 Mart 2026 | 16:31

31 mart soyqırımı: Təbliğatımızı ən optimal üsullarla həyata keçirməliyik

"31 mart soyqırımı Azərbaycan xalqının tarixində kədərli və faciəvi günlərdən biridir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında tarixçi, türkoloq-alim Faiq Ələkbərli deyib.

Onun sözlərinə görə, bu soyqırımı Azərbaycan xalqının başına təsadüfi gətirilməyib:

"1918-ci ilin martın sonlarında, aprelin 1-2-də erməni daşnakları və rus bolşevikləri tərəfindən qırğınlar davam edib. Təkcə Bakıda yox, Şamaxıda, Qubada, Salyanda, Lənkəranda, demək olar ki, bir çox bölgədə azərbaycanlılara qarşı soyqırımlar həyata keçirilib. Bunun əsas səbəbi Azərbaycan xalıqnın müstəqil dövlət qurmasının qarşısını almaq idi”.

Alim xatırladır ki, o zaman Bakıda və ətrafda fəaliyyət göstərən Bakı Xalq Komissarları sovetinin rəhbəri daşnak Stepan Şaumyan idi:

“O, hələ 1918-ci ilin fevralında açıq şəkildə qəzetlərə verdiyi müsahibədə demişdi ki, "azərbaycanlılar müstəqillik istəyir,  biz isə onlara xarabazar verəcəyik”. Stepan Şaumyan kimi bolşevik qiyafəsinə bürünmüş daşnak bunu boş yerə demirdi, çünki Lenin onu Qafqazın komissarı təyin etmişdi. Məhz bundan istifadə edərək Bakı ətrafında 12 min adam qətlə yetirildi".

Faiq Ələkbərli: Ümid edirəm ki, Paşinyan hökuməti 31 mart soyqırımını da etiraf edəcək

F.Ələkbərli qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan xalqı 1918-ci ildə öz müstəqilliyini qazandı:

"Ona görə də bu məsələlərin mahiyyətini dərindən araşdırmalıyıq. Erməni daşnakları məhz rus bolşeviklərinin təlimatını icra edir, onlarla birgə hərəkət edirdilər. O baxımdan, tariximizdə baş verənləri həm indiki və gələcək nəsilə, həm də dünya ictimaiyyətinə düzgün çatdırmalıyıq. Bir daha bu faciələrlə üzləşməmək üçün daha güclü olmalıyıq”.

Müsahibimiz vurğulayıb ki, daim təbliğatımızı ən optimal üsullarla həyata keçirməliyik.

“Ermənistan artıq bir çox cinayətlərini etiraf edir. Ümid edirəm ki, Paşinyan hökuməti 31 mart soyqırımını da etiraf edəcək", - deyə Faiq Ələkbərli qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR