• Bakı 11° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Aİ-də 3.6 milyonluq layihə narazılıq doğurdu

SİYASƏT

31 Mart 2026 | 16:49

Aİ-də 3.6 milyonluq layihə narazılıq doğurdu

Avropa İttifaqının Avropa Regionlar Komitəsi tənqidlərə tuş gəlib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbəb verr ki, buna səbəb Aİ-nin  Brüsseldəki qərargahının yenilənməsi planı çərçivəsində 3.6 milyon avroya başa gələcək yeni konfrans zalı layihəsidir. Sənədlərə əsasən, 450 yerlik “Konfrans Hub” adlanan bu məkan ümumilikdə 49 milyon avroluq yenidənqurma layihəsinin bir hissəsidir. Lakin layihə ilə bağlı bu detalın rəsmi açıqlamalarda yer almaması şəffaflıqla bağlı narazılıqlara səbəb olub.

Planlaşdırılan zalda tərcümə kabinələri, VIP zonalar və media üçün şərait nəzərdə tutulur. Məqsəd Komitənin iclaslarını Avropa Parlamenti və Avropa Komissiyası binalarından asılı olmadan keçirməkdir.

Qurum rəhbərliyi layihənin gəlir gətirəcəyini bildirir. Hesablamalara görə, məkanın icarəyə verilməsi və digər qənaətlər hesabına 17 il ərzində təxminən 15.5 milyon avro gəlir əldə oluna bilər.

Bununla belə, işçilər və həmkarlar ittifaqları layihəni “meqalomaniak plan” adlandıraraq, həm şəffaflıq, həm də resursların bölüşdürülməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər.

Yekun qərarın mayın 5-də verilməsi gözlənilir. Bundan əlavə, qurum daxilində rəhbər vəzifələrə təyinat prosesi və işə qəbul məsələləri ilə bağlı da gərginlik müşahidə olunur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR