Mingəçevirdə 57 yaşlı kişi küçədə ölüb.
Bakıvaxtı.az xəbər verir ki, Şah İsmayıl Xətai küçəsində üzərində hər hansı zorakılıq əlaməti olmayan meyit aşkarlanıb.
Meyitin 57 yaşlı Ağdam rayon sakini Şahlar Məmişova aid olduğu müəyyən edilib.
Mərhumun küçədə qəflətən səhhətinin pisləşdiyi və bu səbəbdən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır./Teleqraf
Bakı 




