• Bakı 11° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Alim Qasımov Rasim Balayevlə xatirələrindən DANIŞDI

CƏMİYYƏT

31 Mart 2026 | 17:26

Alim Qasımov Rasim Balayevlə xatirələrindən DANIŞDI

Xalq artisti Alim Qasımov mərhum Xalq artisti Rasim Balayevlə son görüşünü xatırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "İncə səhər" proqramına danışan xanəndə onu İstanbula müalicəyə getməzdən bir gün əvvəl gördüyünü deyib:

"Getdik görüşdük. Rəngi yaxşı deyildi, amma əhvalı əla idi. Onun üçün mahnı oxudum. Pəncərədən baxdı, günəşli hava idi. Dedi, yenə günəş çıxacaq, yenidən həyata başlayacağam. Həyat eşqi var idi. Hiss edirdi ki, yaşayacaq".

Qeyd edək ki, R.Balayev bir neçə gün əvvəl İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 


SON XƏBƏRLƏR