• Bakı 13° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Yaşayış evində partlayış - Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

HADİSƏ

31 Mart 2026 | 16:18

Yaşayış evində partlayış - Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 320kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, mətbəxdə təxminən 5kv.m. sahə yanıb.

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Partlayış zamanı 2 nəfər xəsarət alıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

15:22

Şəkidə yaşayış evində baş verən partlayışda bir neçə nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhər ərazisində fərdi yaşayış evlərindən birində qeyd alınıb.

İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib.

Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər./report


SON XƏBƏRLƏR