• Bakı 11° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Britaniya kralı Vaşinqtona səfər edəcək

DÜNYA

31 Mart 2026 | 17:01

Britaniya kralı Vaşinqtona səfər edəcək

Böyük Britaniya kralı III Çarlz ABŞ tərəfinin dəvəti ilə apreldə Vaşinqtona dövlət səfəri edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bukinhem sarayının mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, səfər ABŞ-nin Böyük Britaniyadan müstəqillik əldə etməsinin 250 illiyinə həsr olunacaq. Səfər zamanı onu həyat yoldaşı, kraliça-konsort Kamilla müşayiət edəcək.

"Əlahəzrətlərin proqramı Böyük Britaniya ilə ABŞ arasındakı tarixi əlaqələrə və müasir ikitərəfli münasibətlərə həsr ediləcək. Kral monarx kimi Britaniyanın dənizaşırı ərazisinə ilk səfərini həyata keçirmək üçün Bermud adalarına yollanacaq", - məlumatda deyilir.


SON XƏBƏRLƏR