• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaq

DÜNYA

17 Sentyabr 2026 | 22:41 | Müəllif: Subhan Mahmudov

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaq

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısı və əlaqədar avadanlığın mümkün satışına razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, satış paketinin təxmini dəyəri 24,3 milyard dollardır. Paketə 49 mühərrik, ehtiyat hissələri, proqram təminatı, təlim və texniki-logistik dəstək daxildir.

Açıqlamaya görə, mümkün satış Səudiyyə Ərəbistanının müdafiə imkanlarını və ABŞ qüvvələri ilə qarşılıqlı fəaliyyətini gücləndirəcək, regiondakı hərbi tarazlığı isə dəyişməyəcək. Əsas podratçılar “Lockheed Martin” və “Pratt & Whitney” şirkətləridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026