• Bakı 11° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Benzinin qiyməti rekord səviyyəyə yüksəldi - Bu ölkədə

DÜNYA

31 Mart 2026 | 16:58

Benzinin qiyməti rekord səviyyəyə yüksəldi - Bu ölkədə

ABŞ yanacaqdoldurma məntəqələrində benzinin orta qiymətinin qallonu 4 dolları (3,78 litr) keçib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyası bildirib. 

Xəbərdə qeyd olunur ki, bu, İranla davam edən müharibə fonunda təxminən dörd ildə ən yüksək səviyyədir. Çərşənbə axşamı səhər orta qiymət qallonu 4,018 dollar olub. Ölkədə benzinin ən yüksək qiyməti Kaliforniya ştatında qeydə alınıb və 5,88 dollara yüksəlib. Ardınca Havay (5,45 dollar) və Vaşinqton ştatı (5,34 dollar) gəlir. 

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, qiymətlər sonuncu dəfə 2022-ci ilin avqust ayında 4 dolları keçib. 2022-ci ilin ortalarında Covid-19 pandemiyası və Rusiyanın Ukraynaya müdaxiləsindən sonra qiymətlər hər qallon üçün 5 dollara yüksəlib.

Aydın Baxış


SON XƏBƏRLƏR