• Bakı 13° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Bələdiyyə sədri qanunu pozdu: bacısı uşaqları evləndi

CƏMİYYƏT

31 Mart 2026 | 14:24

Bələdiyyə sədri qanunu pozdu: bacısı uşaqları evləndi

Azərbaycanda qohum evliliyi hadisəsi baş verib. 

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu - xalaqızı) evlənib. 

Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub. 

Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır. 

Bələdiyyəsi sədri saytımızın bu barədə sualına cavab verə bilməyib. O, cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib: "Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın". 

Qeyd edək ki, ötən ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağandır. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə qüvvəyə minib.


SON XƏBƏRLƏR