• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda qəzanın anbaan VİDEOSU

HADİSƏ

31 Mart 2026 | 12:36

Bakıda qəzanın anbaan VİDEOSU

Zəruri təhlükəsizlik tədbirlərini görmədən yolun hərəkət hissəsində dayanmaq qəzaya səbəb olub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerası vasitəsilə qeydə alınan bu hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hərəkətdə olan nəqliyyat vasitəsi yolda dayanmış avtomobillə çırpılıb.

Unutmayaq ki, qəzaların baş verməməsi üçün nəqliyyat vasitəsi nasazlıq və ya digər məcburi səbəblərdən yolun hərəkət hissəsində dayandıqda belə, dərhal təhlükəsizlik tədbirləri görülməlidir. Qanuna əsasən isə, nasazlıq yarandıqda avtomobil yolun kənarına çəkilməli, qəza siqnalları yandırılmalı və ən azı 30 metr məsafədə qəza dayanma nişanı qoyulmalıdır.

Sürücülər onu da bilməlidirlər ki,  hərəkət zamanı sükan arxasında diqqətli olmasan, yol-nəqliyyat hadisəsi qaçılmaz olacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026