• Bakı 13° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Azərbaycan-Çin iqtisadi əlaqələri müzakirə edildi

İQTİSADİYYAT

31 Mart 2026 | 14:28

Azərbaycan-Çin iqtisadi əlaqələri müzakirə edildi

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrinin şaxələndirilməsi istiqamətində təşəbbüslər müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata əsasən, müzakirələr M.Cabbarov ilə Çinin İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Xinbo ilə görüşdə aparılıb.

"Azərbaycan İnvestisiya Holdinqi və İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması, potensial investisiya layihələrinin həyata keçirilməsi və maliyyələşmə mexanizmlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik", - nazir vurğulayıb.

 


SON XƏBƏRLƏR