• Bakı 18° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Xocavənd şəhərinə növbəti KÖÇ - FOTO - YENİLƏNİB

CƏMİYYƏT

31 Mart 2026 | 14:30

Xocavənd şəhərinə növbəti KÖÇ - FOTO - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

***

13:06

Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə Xocavənd şəhərinə 64 ailənin (253 nəfər) qayıdışı təmin edilib.

***

12:13

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə daha 64 ailə yola salınıb.

Bu mərhələdə Xocavənd şəhərinə 64 ailənin (253 nəfər) qayıdışı təmin olunub.

Qeyd edək ki, bununla Xocavəndə köçürülən ailələrin sayı 201-ə (762 nəfər) çatıb. Onlar həm çox mənzilli binalarda, həm də yenidən bərpa edilən evlərində məskunlaşıblar.


Xocavənd şəhərinə növbəti KÖÇ - FOTO - YENİLƏNİBXocavənd şəhərinə növbəti KÖÇ - FOTO - YENİLƏNİBXocavənd şəhərinə növbəti KÖÇ - FOTO - YENİLƏNİBXocavənd şəhərinə növbəti KÖÇ - FOTO - YENİLƏNİBXocavənd şəhərinə növbəti KÖÇ - FOTO - YENİLƏNİBXocavənd şəhərinə növbəti KÖÇ - FOTO - YENİLƏNİBXocavənd şəhərinə növbəti KÖÇ - FOTO - YENİLƏNİBXocavənd şəhərinə növbəti KÖÇ - FOTO - YENİLƏNİBXocavənd şəhərinə növbəti KÖÇ - FOTO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026