04.10.2026-cı il tarixində saat 19:50 radələrində 2 nəfər (kişi) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Xatırladaq ki, ötən gün Gəncədə zəhərlənmə hadisəsi baş verib. Zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır.
Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, hər iki şəxs pizza yedikdən sonra özünü pis hiss edib.Faktla bağlı araşdırma aparılır.
Günəş Mərd
















