• Bakı 14° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Pakistan Ermənistana gedən yükü SAXLADI

DÜNYA

31 Mart 2026 | 11:36

Pakistan Ermənistana gedən yükü SAXLADI

Yaxın Şərqdə gərginliyin artması fonunda Ermənistan üçün nəzərdə tutulan və dəyəri 400 min dollar olan yük konteyneri Pakistanda saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, İrandan yola çıxan həmin konteyner qarışıq yüklərdən ibarət olub.

Məsələ ilə bağlı "Sputnik Ermənistan"a Ermənistan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen İvanov məlumat verib.

Onun sözlərinə görə, hazırda problemin həlli istiqamətində müvafiq işlər aparılır.

Buna baxmayaraq, İvanov vurğulayıb ki, İrəvan ilə İslamabad arasında diplomatik münasibətlərin olmaması vəziyyəti daha da mürəkkəbləşdirir və yükün geri qaytarılması prosesini çətinləşdirir./Musavat


SON XƏBƏRLƏR