• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

PL: Sabah "Qarabağ"la qarşılaşacaq

İDMAN

01 Mart 2026 | 09:05 | Müəllif: Əli Hüseynov

PL: Sabah "Qarabağ"la qarşılaşacaq

Misli Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Turan Tovuz" "Azersun Arena"da "İmişli"ni qəbul edəcək. "Turan Tovuz" hazırda 40 xalla üçüncü pillədə qərarlaşıb. 20 xala malik "İmişli" isə 9-cu yerdədir.

Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"la üz-üzə gələcək. "Sabah" 52 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə yer alan "Qarabağ"ın isə 45 xalı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR