Ağdərəyə yola salınan növbəti köç karvanı rayonun Həsənriz kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Həsənriz kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu köçlə Həsənriz kəndinə 10 ailənin (52 nəfər) qayıdışı həyata keçirilib. Bununla da kəndə qayıdan ailələrin sayı 265-ə (1041 nəfər) çatıb.
***
13:56
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi ilə Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidməti və Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu köç də daxil olmaqla, ümumilikdə Kərkicahana 35 (140 nəfər), Xanyurduna 129 (455 nəfər), Təzəbinəyə isə 147 ailənin (650 nəfər) daimi qayıdışı təmin olunub.
***
13:24
Növbəti köç karvanları Xocalı rayonunun Xanyirdi və Təzəbinə kəndlərinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Böyük Qayıdış prosesi çərçivəsində doğma yurduna dönən ailələr Xocalı şəhərinə çatıb.
Qeyd edək ki, bu mərhələdə Xocalı rayonu Xanyurdu kəndinə 6 ailə (24 nəfər), Təzəbinə kəndinə 8 ailə (41 nəfər), Xankəndi şəhəri Kərkicahan qəsəbəai 5 ailə (25 nəfər) daimi qayıdışı təmin edilib.
***
12:25
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvaqnı yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailə - 52 nəfər daimi qayıdışı həyata keçirilir.
Bununla da ümumilikdə Xanyurdu kəndində 129 ailə (455 nəfər), Təzəbinə kəndinə isə 147 ailə (650 nəfər), Ağdərə rayonu Həsənriz kəndinə isə 724 ailə, (2718 nəfər) daimi qayıdışı təmin edilib.
Bakı 








