• Bakı C

    7.59 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Ədəbiyyat və tarix dərslikləri birləşdirilə bilməz - RƏSMİ

CƏMİYYƏT

30 Yanvar 2026 | 14:27

Ədəbiyyat və tarix dərslikləri birləşdirilə bilməz - RƏSMİ

1955-ci ildən sonra Mədənniyət Nazirliyinin dəstəyi ilə ilk milli fortepiano dərsliyi hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-in sualını cavablandırarkən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov media nümayəndələri üçün bu gün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında bildirib.

Onun sözlərinə görə, nazirlikdə hər hansı dərslərin ləğvi və ya dərsliklərin birləşdirilməsi ilə bağlı məlumat yoxdur.

"Eyni zamanda, yeni bir xəbəri də bölüşmək istəyirik. İncəsənət məktəbləri üçün ilk milli fortepiano dərsliyi hazırlanıb. Yaxın günlərdə pilot layihə çərçivəsində həmin dərslik məktəblərə paylanacaq".

Qeyd edək ki, mediada mədəniyyət konsepsiyası çərçivəsində mədəniyyət fənni dərsliyinin hazırlanacağı, bəzi dərslərin ləğv edilib, dərsliklərin birləşdirilməsi haqda xəbərlər yayılıb.


SON XƏBƏRLƏR