• Bakı C

    7.59 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Hikmət Hacıyev İqor Qarafuliç ilə görüşdü - FOTO

SİYASƏT

30 Yanvar 2026 | 14:22

Hikmət Hacıyev İqor Qarafuliç ilə görüşdü - FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliçlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndələyinin “X” səhifəsində məlumat verilib.

“İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmək şərəfinə nail olub. Azərbaycanın çoxtərəfliliyə sədaqəti və yeni Əməkdaşlıq Çərçivəsi (2026-2030) əsasında davamlı tərəfdaşlığımızla bağlı geniş müzakirə aparıldı. BMT-nin Azərbaycandakı nümayəndəliyinin bütün komandası Azərbaycanın davamlı inkişaf üçün milli prioritetlərini dəstəkləməyə sadiqdir”, - paylaşımda qeyd edilib.


SON XƏBƏRLƏR