• Bakı 18° C

    17.98 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

CƏMİYYƏT

29 Oktyabr 2025 | 14:08

Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması üzərində iş aparır.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalı bildirib.

Onun sözlərinə görə, iki ölkənin icbari sığorta büroları arasında imzalanmış razılaşma əsasında avtomobil nömrələrinin qarşılıqlı tanınması istiqamətində addımlar atılıb: "Artıq belə bir sistem qurulur ki, Türkiyə dövlət nömrə nişanı ilə Azərbaycana daxil olan və ya əksinə, Azərbaycan nömrəsi ilə Türkiyəyə keçən avtomobil avtomatik tanınsın. Bu, həm fırıldaqçılıq hallarının qarşısını alacaq, həm də qəza zamanı ödənişlərin daha sürətli həyata keçirilməsinə imkan verəcək".

Ö. Obalı qeyd edib ki, bu prosesin başa çatdırılması iki ölkə arasında sığorta xidmətlərinin daha sıx inteqrasiyasına və vətəndaş məmnuniyyətinin yüksəlməsinə şərait yaradacaq.


SON XƏBƏRLƏR