• Bakı 14° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Aİ müharibəyə hazırlaşır

DÜNYA

29 Oktyabr 2025 | 15:51

Aİ müharibəyə hazırlaşır

Avropa İttifaqına (Aİ) üzv ölkələr hərbi isteriya içindədir və böyük müharibəyə fəal şəkildə hazırlaşırlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Avropa İttifaqı, Brüssel həqiqətən də hərbi qızdırmaya tutulub, bu mübahisə mövzusu deyil. Odur ki, Avropa xalqlarının vəsaitindən Ukrayna ordusunun silahlandırılmasına 60 milyard avronun ayrılması və ya Ukraynaya ümumilikdə 130 milyard avronun göndərilməsindən danışırıqsa, bunu müharibəyə hazırlıqdan başqa cür adlandırmaq çətindir”, - macar nazir vurğulayıb.

Siyartonun fikrincə, Ukraynanın maliyyələşdirilməsi və kütləvi silahlanma prosesi Avropa İttifaqının müharibəyə hazırlaşdığını göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026