• Bakı 18° C

    17.98 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Tramp Modini "qatil" adlandırdı

DÜNYA

29 Oktyabr 2025 | 14:28

Tramp Modini qatil adlandırdı

ABŞ Prezidenti Donald Tramp Hindistan Baş naziri Narendra Modini “qatil” adlandırıb.

Bakıvaxtı.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın Kencju şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Təşkilatının sammitində çıxış edən Tramp Modini “çox xoş görünüşlü insan” adlandırıb, lakin eyni zamanda “vuruşmağa can atan qatil” olduğunu iddia edib.

ABŞ lideri həmçinin Hindistan və Pakistanı 250 faizlik rüsumlarla hədələyib və bunu iki ölkə arasındakı münaqişəni həll etmək istəyi ilə əsaslandırıb.

Xatırladaq ki, daha əvvəl N.Modinin D.Trampla görüşdən və Pakistanla bağlı mümkün müzakirələrdən yayınmaq üçün Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Malayziyada keçirilən sammitində (26-28 oktyabr) iştirak etmədiyi barədə xəbərlər yayılmışdı.


SON XƏBƏRLƏR